Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və digərlərinin cinayət işi üzrə məhkəmə keçirildi
Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və digərlərinin cinayət işi üzrə məhkəmə keçirildi

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qapalı keçirilən prosesdə ittiham aktının elan olunmasına başlanılıb.

Məlum olub ki, bu cinayət işi üzrə daha 3 nəfər – Orduxan Teymurxan (Bəbirov), Orxan Ağayev və Rəfael Piriyev də ittiham olunur.

Növbəti proses dekabrın 5-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.//APA

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti