Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Yasamaldakı faciəvi yanğında həlak olan Könül Hümbətova tanınmış jurnalistin rəfiqəsi imiş
Yasamaldakı faciəvi yanğında həlak olan Könül Hümbətova tanınmış jurnalistin rəfiqəsi imiş

Musavat.com-un daha öncə xəbər verdiyi kimi, Bakının Yasamal rayonunda yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsi üç nəfərin həyatına son qoyub.

Həlak olanlar arasında Bakı Milli Geyim Evinin rəhbəri, 1977-ci il təvəllüdlü Könül Hümbətova da olub. məlumata görə, o, yanğın zamanı tüstüdən zəhərlənərək dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, faciə zamanı həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı və 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu da həlak olub. Yanğın zamanı zəhərlənən 15 nəfərə isə təcili yardım briqadası tərəfindən yerində ilkin tibbi yardım göstərilib və onlar tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Musavat.com-un əldə etdiyi məlumata əsasən, həlak olan Könül Hümbətova tanınmış jurnalist Xəyalə Rəisin yaxın rəfiqəsi olub. Xəyalə Rəis bu acı xəbəri sosial şəbəkə hesabında təsdiqləyərək yazıb:

“Mən səni morqlardamı axtarmalıydım?..” – deyə dostunun itkisinə olan dərin kədərini ifadə edib.

Hadisə ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir. Yanğının başvermə səbəbləri araşdırılır və rəsmi məlumatlar yaxın saatlarda açıqlanacaq.

Allah rəhmət eləsin.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti