Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » İndi bəzi valideynlər uşaqları "ChatGPT" ilə böyüdürlər
İndi bəzi valideynlər uşaqları "ChatGPT" ilə böyüdürlər

Valideynlər getdikcə daha çox uşaqların tərbiyəsi və sağlamlığı ilə bağlı məsləhətlər üçün süni intellektə, xüsusən də "ChatGPT"yə müraciət edirlər.

Milli.Az xəbər verir ki, bəzən valideynlər davranış problemləri və hətta tibbi məsələlərdə belə İİ-yə həkimlərdən daha çox güvənirlər. "ChatGPT" həmçinin uşaqları əyləndirmək üçün yatmazdan əvvəl nağıl oxutmaq və ya söhbət etdirmək məqsədilə də istifadə olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, valideyn məsuliyyətinin süni intellektə ötürülməsi risklidir. İİ-nin manipulyativ cavabları yanlış təsəvvürlərin formalaşmasına və uşaqlarda psixoloji həssaslığın artmasına səbəb ola bilər. Bu isə bəzi hallarda yeniyetmələrin psixi sağlamlığı ilə bağlı problemlərlə, o cümlədən intihar hadisələri ilə əlaqələndirilir.

Araşdırmalar göstərir ki, "ChatGPT"dən istifadə edən uşaq və valideynlərin sayı artır: 2023-cü ildə məktəbli övladı olan valideynlərin təxminən 30 faizi bu texnologiyadan yararlanıb.

Pediatrlar valideynlərə tövsiyə edirlər ki, İİ-dən gələn məlumatlara tənqidi yanaşsınlar, onu yalnız əlavə mənbə kimi istifadə etsinlər və mütləq real tibbi mütəxəssislərlə məsləhətləşsinlər. Məxfilik məsələsi də önəmlidir, uşaqların şəxsi və tibbi məlumatlarını süni intellekt platformalarına daxil etmək məsləhət görülmür.

Şərhlər