Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Alimlər xəyanətə meyilli insanların əsas xüsusiyyətlərini açıqladı
Alimlər xəyanətə meyilli insanların əsas xüsusiyyətlərini açıqladı

Romantik münasibətlərdə xəyanət meylinin səbəbləri açıqlanıb

Reportyor.tv xəbər verir ki, İstanbulun Koç Universitetinin alimləri 18–30 yaş arasında olan 280 nəfər üzərində apardıqları tədqiqatda xəyanət riskinə təsir edən əsas amilləri müəyyənləşdiriblər.

Araşdırma göstərib ki, keçmişdə xəyanət edən şəxslər bunu təkrarlamağa daha meyillidir. Valideynlərindən birinin xəyanət etdiyini bilən insanların özlərinin də xəyanət etmə ehtimalı yüksək olur. Emosional yaxınlıqdan yayınan, “qaçınma tipi bağlılığı”na sahib olan şəxslər xəyanəti münasibətdə məsafə yaratma yolu kimi görə bilirlər.

Alimlər bildirir ki, ailə fonu, psixoloji bağlılıq tipləri və münasibətdə yaxınlıq səviyyəsi xəyanət riskini formalaşdıran əsas faktorlardır.

Musavat.com

Şərhlər