Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bakıda ərini öldürməkdə ittiham olunan qadının FOTOSU - YENİLƏNDİ
Bakıda ərini öldürməkdə ittiham olunan qadının FOTOSU - YENİLƏNDİ

Bu gün Suraxanı rayonu, Hövsan qəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadə yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, Gülnar Vəlizadə həyat yoldaşı Elşən Hadızadə ilə birlikdə Suraxanı rayonu, Hövsan qəbəsində bir otaqlı evdə yaşayıblar. İki azyaşlı övladları var. Cütlük tələbə yoldaşı olublar və öz istəkləri ilə ailə həyatı qurublar.




Şərhlər