Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Azərbaycan hökuməti Türkiyədə yaşayan azərbaycanlılara 200 TL dəyərində alış-veriş imkanı yaradıb
Azərbaycan hökuməti Türkiyədə yaşayan azərbaycanlılara 200 TL dəyərində alış-veriş imkanı yaradıb

Azərbaycan hökuməti Azərbaycanın Ankaradakı Səfirliyi vasitəsilə Türkiyədə yaşayan həmvətənlərimizin hər birinə Migros marketlər şəbəkəsindən 200 lirə dəyərində alış-veriş imkanı yaradıb. Qeyd edək ki, bu kampaniya çərçivəsində soydaşlarımız spirtli içki və tütün məmulatları xaric, istənilən növ mal almaq haqqına malikdilər.
Musavat.com-un məlumatına görə, bunun üçün Türkiyə Cümhuriyyəti ərazisində yaşayan azərbaycanlılar internet vasitəsilə yaradılan sorğu blankını doldurmalı, pasport məlumatlarını və ünvanlarını ora daxil etməlidirlər.
Qeyd edək ki, sorğuda yalnız 1 dəfə iştirak etmək mümkündür.
Türkiyədə yaşayan azərbaycanlıların musavat.com-a verdikləri məlumata görə, yaradılan bu şərait onları məmnun edib. Həmvətənlərimiz bildirib ki, 200 TL-yə orta səviyyədə bazarlıq edə biləcəklər.
 
QEYDİYYATDAN KEÇ
 
Musavat.com
 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti