Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Dünyanın gözlədiyi xəbər gəldi: Atəşkəsin bitməsinə 10 dəqiqə qalmış...
Dünyanın gözlədiyi xəbər gəldi: Atəşkəsin bitməsinə 10 dəqiqə qalmış...

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS ilə atəşkəsin davam edəcəyini açıqlayıb. 
reportyor.tv xəbər verir ki, bəyanat atəşkəsin bitməsinə bir neçə dəqiqə qalmış verilib.
HƏMAS da oxşar açıqlama yayaraq müvəqqəti atəşkəsin bir gün daha uzadıldığını bildirib. 
Qeyd edək ki, İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs və girov mübadiləsi razılaşması yerli vaxtla səhər saat 07:00-da başa çatmalı idi.
Vasitəçi ölkə olan Qətər də Qəzzada altı günlük humanitar fasilənin bir gün uzadılacağını təsdiqləyib. Qətərin Al Jazeera telekanalı razılığın atəşkəsin bitməsinə 10 dəqiqə qalmış əldə edildiyini bildirib.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti