
PKK terror təşkilatının İmralıda saxlanılan lideri Abdullah Öcalan təşkilatın məqsədlərindəki sapmaları və Türkiyə Silahlı Qüvvələrinin son günlər keçirdiyi uğurlu əməliyyatları əsas gətirərək, yaxın günlərdə terror təşkilatını təslim olmağa çağıracaq.
Musavat.com xəbər verir ki, bu barədə Haberler.com məlumat yayıb.
Məlumata görə, A.Öcalan Qəndilə verdiyi təlimatda silahlı fəaliyyətlərin davam edəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi son əməliyyatlarla yaşanan itkilərin daha da artacağını bildirib.
Qeyd olunur ki, PKK liderinin yaxın günlərdə ictimaiyyətə hərtərəfli çağırış etməsi gözlənilir.






Şərhlər