Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Türkiyədə başına 1 milyon lirə qoyulmuş terrorçu TUTULDU
Türkiyədə başına 1 milyon lirə qoyulmuş terrorçu TUTULDU

Türkiyə Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Tunceli bölgəsinin Ovacık kəndində TKP/ML-TIKKO (Türkiyə Kommunist Partiyası/Marksist-leninçi) terror təşkilatının üzvü, adı "narıncı siyahı"da yer alan Hasan Ataşı zərərsizləşdirib.
Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, "Şerzan" kod adı altında fəaliyyət göstərən Hasan Ataşın üzərindən kalaşnikov tüfəngi və 2 əl qumbarası götürülüb.
Türkiyə dövlət qurumları onun tutulması üçün 1 milyon lirə pul mükafatı vəd etmişdilər.
Hazırda bölgədə əməliyyatlar davam etdirilir.

Şərhlər