Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bayramda bu bürcləri xoş sürprizlər gözləyir
Bayramda bu bürcləri xoş sürprizlər gözləyir

Novruz bayramı ilə bağlı astroloqlar bəzi bürclər üçün olduqca uğurlu və sevindirici günlərin yaxınlaşdığını bildiriblər.

Mütəxəssislərin proqnozuna görə, bir neçə bürc nümayəndəsi bayram günlərində xoş hadisələrlə qarşılaşacaq.

Astroloji təhlillərə əsasən, xüsusilə Buğa, Şir və Oxatan bürcləri üçün bu bayram fərqli keçəcək. Buğa bürcü maddi baxımdan sevindirici xəbərlər ala, yeni qazanc imkanları ilə qarşılaşa bilər. Şir bürcü isə şəxsi həyatında sürprizlər yaşayaraq münasibətlərində müsbət dəyişikliklər hiss edəcək.

Oxatan bürcü üçün bayram günləri səyahət, yeni tanışlıqlar və maraqlı təkliflərlə yadda qala bilər. Astroloqlar qeyd edib ki, bu dövrdə verilən qərarlar gələcək üçün önəmli nəticələr doğuracaq.

Digər bürclər üçün də ümumi enerji müsbət qiymətləndirilib. Bildirilib ki, bayramın yaratdığı pozitiv aura bir çox insanın həyatına sevinc və ümid gətirəcək.


Mütəxəssislər tövsiyə edib ki, bu günlərdə yaranan imkanları düzgün dəyərləndirmək və pozitiv düşüncəni qorumaq vacibdir. (Sfera.az)

Şərhlər