Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İranda məhkəmə binasında terror: ölən və yaralananlar var
İranda məhkəmə binasında terror: ölən və yaralananlar var

İranın cənub-şərqində yerləşən Zəhedan şəhərində dəhşətli terror hadisəsi baş verib.

Reportyor.tv xəbər verir ki, silahlı şəxslər yerli məhkəmə binasına hücum ediblər.

Hadisə yerindən verilən məlumatlara görə, terrorçular məhkəmə binasının içərisində atəş açıblar. Nəticədə məhkəmə əməkdaşları və orada xidmət aparan hərbçilər arasında ölən və yaralananlar var. Ölənlərin və yaralananların dəqiq sayı hələlik açıqlanmır.

Hücumun təşkilatçıları və motivləri barədə rəsmi məlumat verilməyib. Yerli mənbə kimi çıxış edən “Haalvsh” teleqram kanalı hadisənin şahidlərinə istinadla bu məlumatları yayıb.

İran hakimiyyəti hücumla bağlı araşdırmalara başlayıb.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti