Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Kürdlər İran ordusuna hücum etdi: İslam İnqilabı Qvardiyasının bazası atəşə tutuldu
Kürdlər İran ordusuna hücum etdi: İslam İnqilabı Qvardiyasının bazası atəşə tutuldu

İran kürdlərinin silahlı qanadı olan PJAK (Kürdüstanın Azad Həyatı Partiyası) ölkənin şimal-qərbində – İran Kürdüstanı adlandırılan bölgədə yerləşən İslam İnqilabı Qvardiyasının (İİQ) hərbi bazasına hücum edib.

Reportyor.tv xəbər verir ki, hücum zamanı bir İİQ döyüşçüsü həlak olub, daha bir nəfər isə yaralanıb. Hadisənin dəqiq yeri və vaxtı barədə İran hökuməti hələlik rəsmi açıqlama yaymayıb.

İranın rəsmi dairələri PJAK-ı terrorçu təşkilat kimi tanıyır və onun İraq Kürdüstanı ərazisindən dəstəkləndiyini iddia edir. Son illərdə bu bölgədə İran qüvvələri ilə kürd separatçıları arasında silahlı qarşıdurmalar vaxtaşırı baş verir.

Hazırda bölgədə gərginlik davam edir. İİQ rəhbərliyi hücuma cavab olaraq “cəzalandırıcı tədbirlər” görəcəklərini bəyan edib.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti