Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ-ın dövlət katibi: “Tramp Putinə görə səbrini itirir” – ŞOK AÇIQLAMA
ABŞ-ın dövlət katibi: “Tramp Putinə görə səbrini itirir” – ŞOK AÇIQLAMA

ABŞ-ın dövlət katibi Marko Rubio Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə dair sensasion açıqlama verib.

Reportyor.tv xəbər verir ki, dövlət katibi Prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə apardığı danışıqlardan narazı qaldığını və artıq səbrini itirdiyini bildirib.

Rubio qeyd edib ki, Tramp hələ də Ukraynadakı müharibənin sülh yolu ilə bitməsini istəyir, lakin Moskvanın nəticəsiz və vaxtı uzadan mövqeyi ABŞ rəhbərliyində ciddi narazılıq doğurur.

“Prezident Tramp konkret addımlar gözləyir. Sadəcə danışıqla məsələ həll olunmur. Biz bu müharibənin sona çatmasını istəyirik və artıq səbr bitmək üzrədir”, – deyə Marko Rubio vurğulayıb.

Bəyanat Vaşinqtonun Moskva ilə münasibətlərində yeni və daha gərgin bir mərhələyə keçəcəyinin anonsu kimi qiymətləndirilir. Ekspertlərə görə, əgər Putin tərəfi yaxın həftələrdə konkret addımlar atmasa, ABŞ administrasiyası Rusiyaya qarşı yeni təzyiq mexanizmlərini işə sala bilər.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti