Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Pezeşkiandan Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj: Maneə deyil, fürsətdir
Pezeşkiandan Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj: Maneə deyil, fürsətdir

İran prezidenti Məsud Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.

Reportyor.tv xəbər verir ki, İran Rəyasət Heyətinin rəsmi internet saytında dərc olunan açıqlamaya əsasən, Pezeşkian birbaşa Zəngəzur dəhlizini qeyd etməsə də, məsələni dolayı yolla şərh edib.

“Qonşularımız və region ölkələri ilə əlaqələrimizi və əməkdaşlığımızı geniş perspektivdə nəzərdən keçirdikdə, ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi təfərrüatlı məsələlərdən narahat olmaq lazım deyil”, - lider deyib.

İran prezidenti sərhəd keçidlərinə maneə deyil, fürsət kimi baxılması lazım olduğunu vurğulayıb:

"Qonşularımızla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızı hərtərəfli birləşdirmək çərçivəsində yanaşmaq lazımdır. Həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələri genişləndirməyi düşünməliyik".

Publika.az

Şərhlər