Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Kreml "köpəyi" Mardan Ərdoğanı hədəfə aldı: "Sultan Ərdoğan Turan inşasına davam edir"
Kreml "köpəyi" Mardan Ərdoğanı hədəfə aldı: "Sultan Ərdoğan Turan inşasına davam edir"

Kreml “Böyük Turan” birliyinə qarşı yeni təxribat xəttini işə saldı

Rusiyanın tanınmış təbliğatçısı Sergey Mardan sosial şəbəkədə növbəti qərəzli paylaşımı ilə Türk Dövlətləri Təşkilatını və Ərdoğanın siyasətini hədəfə alıb.

Musavat.com xəbər verir ki, o, Türkiyə Prezidentinin son fərmanını “Böyük Turan binasının inşası” kimi təqdim edərək bu prosesi Rusiyaya qarşı yönəlmiş addım kimi qələmə verib.

Sitat: "Sultan Ərdoğan “Böyük Turan” binasını addım-addım inşa etməkdə davam edir.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının sammitindən cəmi bir həftə sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk ölkələrinin vətəndaşlarının Türkiyə əmək bazarına çıxışını asanlaşdıran fərman imzalayıb. Artıq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan vətəndaşları Türkiyədə yerli sakinlərlə demək olar ki, eyni şərtlərlə işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı əldə edəcəklər.

Türkiyədə indiyədək çox sərt qanunlar qüvvədə idi və xarici vətəndaşın iş tapması, demək olar ki, mümkünsüz hesab olunurdu. Lakin “qardaş” ölkələrin vətəndaşları üçün istisna ediləcək. Ərdoğan türk dünyasının ümumi iqtisadi məkanını formalaşdırmaq kursunu davam etdirir. Hərbi, enerji və nəqliyyat-logistika sahələrindən sonra əmək resurslarının sərbəst hərəkəti də bu əməkdaşlığa əlavə olunub.

Bununla belə, əmək miqrantlarının əsas axını yenə də Rusiyaya yönələcək. Çünki Türkiyədə həm süpürgəçilərə, həm də inşaat işçilərinə kifayət qədər yerli kadr var. Üstəlik, kuryer xidmətləri də Rusiyadakı qədər geniş yayılmayıb".

Musavat.com-un təhlilinə görə, Mardanın bu paylaşımı Kremlin Türk birliyinə qarşı davam edən informasiya kampaniyasının tərkib hissəsidir. Moskva mətbuatı uzun müddətdir belə bir təəssürat yaratmağa çalışır ki, guya Türk Dövlətləri Təşkilatı Rusiyaya qarşı qurulub, “Böyük Turan” isə Qərbin layihəsidir.

Əslində isə bu təşəbbüs müstəqil türk dövlətlərinin suveren inkişaf modeli, regionda sabitlik və iqtisadi birliyin möhkəmlənməsi deməkdir. Kremlin narahatlığının səbəbi də elə budur: Türk birliyi artıq ideya yox, real geosiyasi faktora çevrilir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti