İran prezidenti Məsud Pezeşkian ölkəsinin iqtisadi vəziyyəti ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, dövlət başçısı çıxışı zamanı İranın təbii sərvətlər baxımından zəngin olmasına baxmayaraq, əhalinin ağır sosial durumundan gileylənib:
“Türkiyənin nefti, qazı yoxdur, Yaponiya və Koreyada da yoxdur. Onlar nefti bizdən alırlar, amma bizdən daha yaxşı yaşayırlar. Bizdə isə həm neft, həm qaz var, amma xalqımız acdır”, – deyə Pezeşkian bildirib.
Prezidentin bu çıxışı ölkə daxilində sosial ədalətsizlik və idarəçilik problemləri ilə bağlı müzakirələri daha da gücləndirib.
Reportyor.tv






Şərhlər