
İsrail ordusunun Livandakı BMT Sülhməramlı Qüvvələrinin (UNIFIL) patruluna atəş açdığı bildirilib.
Reportyor.tvvxəbər verir ki, bu barədə BMT Sülhməramlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın Kfarqila yaşayış məntəqəsi yaxınlığında UNIFIL patruluna yaxınlaşıb və qumbara atıb. Ardınca İsrail tankı sülhməramlıların istiqamətinə atəş açıb.
“Xoşbəxtlikdən, UNIFIL əməkdaşları arasında xəsarət alan olmayıb və onların avadanlığına zərər dəyməyib”, – deyə bəyanatda bildirilir.
BMT tərəfi bu hadisəni Livanın suverenliyinin və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulması kimi qiymətləndirib. Hadisə bölgədə gərginliyin daha da artmasına səbəb olub.
Musavat.com






Şərhlər