
Ermənistanda 4,1 bal gücündə zəlzələ qeydə alıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Seysmik Müdafiə Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 19:49-da qeydə alınan zəlzələnin ocağı Ermənistan-Gürcüstan sərhədində, Bavra kəndindən 8 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.
Zəlzələnin koordinatları 41.08° şimal enliyi və 43.89° şərq uzunluğudur.
Episentrdə yeraltı təkanların gücü 5–6 bal, Şirak və Lori bölgələrində isə 4–5 bal gücündə hiss olunub.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
Publika.az






Şərhlər