
Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
N.Paşinyan bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılır. Sözügedən seçkilərdə iştirak etmək istəyini həmçinin Ermənistanın ikinci prezidenti Robert Koçaryan, eləcə də keçmiş hüquq müdafiəçisi Arman Tatoyan da bəyan edib.**“Qafqazinfo”






Şərhlər