
Reportyor.tv xəbər verir ki, Rusiya rəhbərliyində nüvə silahlarının sınaqlarının bərpası ilə bağlı debatlar kəskinləşib. Prezident Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən son müşavirəsində həm Baş Qərargah rəisi, həm də müdafiə naziri bu istiqamətdə açıq bəyanatlar veriblər.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Vaşinqtonun nüvə sınaqları keçirməyə can atması Moskvanın milli təhlükəsizliyi üçün ciddi çağırışdır. Onun sözlərinə görə, Rusiya tərəfi bu prosesə vaxtında reaksiya verməlidir:
“Əgər indi tədbir görməsək, ABŞ-ın atdığı addımlara vaxtında cavab vermək imkanını itirəcəyik,” – Gerasimov bəyan edib.
Müdafiə naziri Andrey Belousov isə müşavirə zamanı Rusiyanın tammiqyaslı nüvə sınaqlarına hazırlıq prosesinə dərhal başlanmasını təklif edib. O, Novaya Zemlya poliqonunun sınaqlar üçün hazır vəziyyətdə olduğunu qeyd edib və ABŞ-ın strateji hücum silahlarını modernləşdirməsini birbaşa nüvə balansına təhdid kimi qiymətləndirib.
Belousov bildirib ki, ABŞ-ın Avropada yerləşdirməyi planlaşdırdığı “Dark Eagle” hipersəs raketləri Mərkəzi Rusiyaya cəmi 6–7 dəqiqəyə çata bilər. Vaşinqton oktyabr ayında Rusiyaya qarşı preventiv raket-nüvə zərbəsi ssenarisi üzrə məşqlər aparıb. ABŞ 13 min kilometraketlərin r məsafəyə malik yeni qitələrarası nüvə raketi üzərində işləyir. “Golden Dome” adlı yeni raketdən müdafiə proqramı həm uçuş zamanı, həm də buraxılış mərhələsində məhv edilməsini nəzərdə tutur.
Prezident Vladimir Putin isə bildirib ki, Rusiya Nüvə Sınaqlarının Qadağan edilməsi haqqında Müqavilə üzrə öhdəliklərinə əməl etməyə davam edir. Bununla belə, o, ABŞ-ın nüvə fəaliyyətləri ilə bağlı əlavə məlumatların toplanması və:
“Nüvə silahı sınaqlarına hazırlıq işlərinin mümkün başlanmasına dair razılaşdırılmış təkliflərin təqdim olunması” haqqında göstəriş verib.
Müdafiə naziri Belousov və Gerasimovun bəyanatları Moskvanın Vaşinqtonun addımlarını diqqətlə izlədiyini və qarşılıqlı hərbi-strateji balansın dəyişməsi halında nüvə sınaqlarına qayıtmağa hazır olduğunu göstərir.
@TVmusavat/132059@@
Musavat.com






Şərhlər