Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Novorossiyskdə PUA hücumu: Rusiyanın “Şesxaris” neft terminalı alova büründü
Novorossiyskdə PUA hücumu: Rusiyanın “Şesxaris” neft terminalı alova büründü

Novorossiysk şəhərində Rusiyaya məxsus “Şesxaris” ixrac neft terminalı gecə saatlarında dron hücumuna məruz qalıb.

Reportyor.tv xəbər verir ki, Krasnodar diyarının operativ qərargahı obyektin vurulduğunu və yanğın baş verdiyini rəsmi şəkildə təsdiqləyib.

Hücum nəticəsində terminalın sahil infrastrukturu da zədələnib. İlkin məlumatlara görə, gəmi ekipajından üç nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb və lazım olan tibbi yardım göstərilir.

Hadisə yerində fövqəladə xidmətlər yanğını söndürmək və ziyanı qiymətləndirmək üçün iş aparır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti