Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ukrayna Ordusu ABŞ-nin ATACMS raket sistemləri ilə Rusiyaya zərbə endirib
Ukrayna Ordusu ABŞ-nin ATACMS raket sistemləri ilə Rusiyaya zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ şirkəti "Lockheed Martin Corporation" tərəfindən istehsal edilən ATACMS taktiki raket sistemlərinin birbaşa Rusiya ərazisinə qarşı zərbə endirilməsində istifadə olunduğunu açıqlayıb.

"Report"un məlumatına görə, Baş Qərargah bu barədə teleqram kanalında bildirib.

"Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib. Bu, Ukraynanın suverenliyinə sarsılmaz sadiqliyini vurğulayan əlamətdar hadisədir", - açıqlamada qeyd olunur.

Baş Qərargah əlavə edib ki, uzaq mənzilli silahların, xüsusən də ATACMS sistemlərinin istifadəsi davam edəcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti