
İspaniya hökuməti Ukraynaya daha bir böyük yardım paketi ayırmağa hazırlaşır.
Reportyor.tv xəbər verir ki, Madrid Kiyevə 615 milyon avro dəyərində yeni hərbi yardım təqdim edəcək, əlavə olaraq 200 milyon avro isə ölkənin bərpasına yönəldiləcək.
İspaniyanın baş naziri Pedro Sançes bu barədə Madriddə keçirilən birgə mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, yardım paketinin strukturunda bir neçə mühüm istiqamət var:
300 milyon avro – Ukraynaya silah və hərbi avadanlıqların birbaşa verilməsi;
100 milyon avro – PURL proqramı çərçivəsində ABŞ istehsalı olan silahların müttəfiqlər tərəfindən Ukrayna üçün alınması;
215 milyon avro – Aİ-nin SAFE proqramı vasitəsilə pilotsuz aparatlarla mübarizə sistemləri və radarların istehsal xərclərinin maliyyələşdirilməsi.
Rəsmi Madrid bəyan edib ki, bu yardım paketi Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına və enerji, infrastruktur bərpasının sürətləndirilməsinə xidmət edəcək.
Musavat.com






Şərhlər