Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Polşada erməni mafiyası çökdürüldü – Həbs olunanların siyahısı yayıldı - ŞOK FOTO
Polşada erməni mafiyası çökdürüldü – Həbs olunanların siyahısı yayıldı - ŞOK FOTO

Musavat.com xəbər verir ki, Polşanın Lodzkie və Mazowieckie vilayətlərində keçirilən genişmiqyaslı xüsusi əməliyyat nəticəsində Ermənistan mənşəli böyük kontrabanda şəbəkəsi zərərsizləşdirilib.

Straż Graniczna və CBŚP-nin birgə keçirdiyi əməliyyatda qanunsuz siqaret istehsalına xidmət edən üç gizli sex aşkar edilib və milyonlarla zlotilik qaçaq məhsul ələ keçirilib. Polşadakı mənbələr Musavat.com-a təsdiqləyiblər ki, söhbət sıradan bir dəstədən deyil, Avropanı illərdir gizli şəkildə qidalandıran erməni mafiyasından gedir.

Əməliyyat zamanı 12 min 700-dən çox brend nişanlı hazır siqaret, 25 tondan artıq tütün kəsiyi və tam komplekt peşəkar istehsal xətti müsadirə olunub. Qanunsuz məhsulların ümumi bazar dəyəri 28 milyon zlotini keçib. Polşa dövlətinin aksiz və ƏDV üzrə potensial vergi itkisi isə 53 milyon zlotiyə yaxın olub.

İstintaq materialları saxlanılanların əksəriyyətinin Ermənistan vətəndaşları olduğunu ortaya qoyub. Polşanın media resursları şəbəkənin aparıcı fiqurlarının adlarını yayıblar. Saxlanılan erməni mənşəli şəxslərin əsas adları budur:

• Karen Martirosyan
• Arutak Saakyan
• Vahe Petrosyan
• Samvel Torosyan
• Gevorq Arakelyan
• Arman Minasyan

Hüquq-mühafizə əməkdaşlarının sözlərinə görə, bu şəxslər uzun illərdir Polşa və region ölkələrində Ermənistan mərkəzli kontrabanda şəbəkəsini idarə edən əsas həlqələrdir. CBŚP nümayəndələri də aşkarlanan xəttin Avropanın ən peşəkar və ən gizli qanunsuz istehsal məntəqələrindən biri olduğunu bildiriblər. Polşadakı mənbələr isə təsdiqləyiblər ki, şəbəkənin həm istehsal, həm logistika, həm də satış qollarında açıq “erməni izi” mövcuddur.

Ümumilikdə 15 nəfər saxlanılıb, onlardan 14-ü barəsində həbs qərarı çıxarılıb. Təqsirləndirilənlərdən bir qismi aksizsiz siqaretlərin daşınması və Avropada paylanması ilə bağlı əlavə ittihamlarla da üzləşə bilər.

İstintaq davam edir və Polşa hüquq-mühafizə orqanları şəbəkənin daha geniş Ermənistan bağlantılarının da yaxın günlərdə ifşa ediləcəyini istisna etmirlər.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti