
Ukraynanın Odessa vilayətinin İzmail limanında yerləşən Türkiyənin "Orinda" LNG tankerində baş verən yanğın tamamilə söndürülüb,
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dəniz Administrasiyası məlumat yayıb.
Bildirilib ki, hazırda tanker üçün təhlükə yoxdur. Noyabrın 19-da gəmi lövbərə yedəklənəcək. Yanğın zamanı 16 ekipaj üzvündən heç biri xəsarət almayıb.
Qeyd edək ki, tanker Rusiyanın İzmail limanına endirdi zərbələrə tuş gəlib.
Noyabrın 17-nə keçən gecə Rusiya ordusu İzmail limanına bir sıra güclü zərbələr endirib. Əsas hədəflər enerji və liman infrastrukturu obyektləri olub. Əldə olan məlumata görə, Rusiyanın ən azı 35 pilotsuz təyyarəsi İzmailə hücum edib. Hücumlar "Etalon" elektrik yarımstansiyasına ziyan vurub, şəhər və ətraf rayonların sakinləri elektriksiz qalıb.
4 min ton maye qaz daşıyan "Orinda" tankerində yanğın baş verib . Ekipaj gəmini təhlükəsiz tərk edə bildi.






Şərhlər