Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Çin Yaponiyanı hədələdi
Çin Yaponiyanı hədələdi

Yaponiya tərəfi Çinin Tayvan regionu ilə bağlı yanlış fikirlərini geri götürməkdən imtina edərsə, Çinin qətiyyətli əks-tədbirlər görməkdən başqa çarəsi yoxdur.

Reportyor.tv xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin deyib.

Mao Nin Yaponiyanın Baş naziri xanım Sanae Takaiçinin Tayvanla bağlı fikirlərinin Çin-Yaponiya münasibətlərinin siyasi təməlinə ciddi ziyan vurduğunu, Çin xalqının qəzəbinə və qınağına səbəb olduğunu təkrarlayıb.

“Çin Yaponiyanı səhv şərhlərindən imtina etməyə, Çinlə əlaqəli məsələlərdə problem yaratmağı dayandırmağa, səhvlərini tanımaq və düzəltmək, Çin-Yaponiya münasibətlərinin siyasi əsaslarını qorumaq üçün konkret tədbirlər görməyə çağırır”, - deyə Çin XİN rəsmisi bildirib.

Xatırladaq ki, Yaponiyanın yeni Baş naziri Sanae Takaiçinin Çinin Tayvana hücumunun onun ölkəsinə təhdid olacağı barədə bəyanatından sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranıb.

Publika.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti