Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu açıqladı
Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu açıqladı

Reportyor.tv xəbər verir ki, Rusiya Federasiyası Ukrayna münaqişəsinin siyasi yollarla həlli üçün danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbətində məlumat verib.

Peskov bildirib ki, danışıqlardakı uzunmüddətli fasilənin səbəbi Moskva deyil, Kiyevin mövqeyidir.

“Pauza Rusiyanın deyil, Ukrayna tərəfinin mövqeyindən irəli gəlib”, – Kremlin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Moskva əvvəldən etibarən diplomatik həll variantlarının tərəfdarı olub və təkliflər hələ də “masada qalır”. Peskov əlavə edib ki, Rusiya tərəfi dialoqa açıqdır və prosesin bərpasını mümkün hesab edir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti