Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ-ın sülh planı: Ukraynaya ağır şərtlər – orduda kütləvi ixtisar, qadağalar və məhdudiyyətlər
ABŞ-ın sülh planı: Ukraynaya ağır şərtlər – orduda kütləvi ixtisar, qadağalar və məhdudiyyətlər

Vaşinqtonun Ukrayna üzrə hazırladığı yeni sülh çərçivəsinin detalları sızdı və beynəlxalq gündəmi alt-üst etdi.

Musavat.com xəbər verir ki, plan Ukraynanın hərbi və siyasi imkanlarını kəskin şəkildə məhdudlaşdırır.


"The Economist" jurnalisti Oliver Kerollun açıqlamasına əsasən, ABŞ-ın yeni sülh paketində bir neçə ciddi məhdudiyyət nəzərdə tutulur:

* Ukrayna Silahlı Qüvvələrinin hazırkı sayının 2,5 dəfə azaldılması;
* Ölkə ərazisində bütün xarici qoşunların və diplomatik statuslu hərbi hava gəmilərinin qadağan edilməsi;
* Moskva və Sankt-Peterburqa çata biləcək uzaqmənzilli silahlara limit qoyulması.

Jurnalistin sözlərinə görə, ABŞ Kiyevə təzyiq mexanizmini gücləndirib və bunu son günlər Ukraynada böyük rezonans yaradan korrupsiya qalmaqalının fonunda edir.

Ekspertlər bildirir ki, təklif olunan bu model Ukraynanın müdafiə gücünü ciddi şəkildə zəiflədə, eyni zamanda, regionda qüvvələr balansını Rusiyanın xeyrinə dəyişə bilər.

Hələlik Vaşinqton və Kiyev rəsmi mövqe açıqlamasa da, analitiklər yaxın günlərdə məsələ ətrafında diplomatik aktivliyin daha da artacağını gözləyir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti