
Reportyor.tv xəbər verir ki, ABŞ–Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edən ABŞ Prezidenti Donald Tramp Qarabağ münaqişəsi ilə bağlı Vladimir Putinlə apardığı telefon danışığının təfərrüatlarını ilk dəfə açıq şəkildə bölüşüb.
Tramp forumda bildirib ki, Rusiya lideri ona zəng edərək Azərbaycanla Ermənistan arasında Qarabağ üzərində gedən münaqişənin həllinə görə təəccübünü ifadə edib:
“Azərbaycan… Siz bilirsiniz, burada nə baş verdiyini. Putin mənə dedi: Mən inana bilmirəm ki, sən bu münaqişəni həll edə bildin. Biz illərlə çalışdıq, alınmadı”.
ABŞ Prezidenti isə həmin dialoqun davamını belə nəql edib:
“Mən ona dedim: Buna görə narahat olma. Gəl, mən sənin müharibəni də həll edim. Sənə heç bir kömək lazım deyil, mənə də sənin yardımın lazım deyil”.
Musavat.com






Şərhlər