
Reportyor.tv xəbər verir ki, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədəki dərin iqtisadi böhran və sosial narazılığın getdikcə artdığını bildirərək ciddi xəbərdarlıq edib.
Onun sözlərinə görə, əhalinin təxminən 80%-i artıq ölkəyə kimin rəhbərlik etməsinin fərqinə varmır, bu isə siyasi legitimliyin kəskin zəiflədiyini göstərir.
Xatəmi deyib ki, inqilabdan sonrakı illərdə İran bir sıra ağır böhranlarla üzləşib, lakin indi ölkədə yaranmış vəziyyət əvvəlkilərlə müqayisədə daha təhlükəlidir.
Keçmiş prezidentin fikrincə, yanlış idarəetmə davam edərsə, İslam Respublikasının süqut edə bilər. Xatəmi İranı “möhkəm ağaca” bənzədərək bildirib ki, ən güclü ağac belə ardıcıl zərbələr aldıqda yıxıla bilər.
Musavat.com






Şərhlər