Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putin: Rusiya danışıqlara hazırdır
Putin: Rusiya danışıqlara hazırdır

Reportyor.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə ABŞ-lın təqdim etdiyi 28 maddəlik “sülh planı” və Alyaskadakı görüşlə bağlı yeni açıqlamalar verib.

Prezident bu fikirləri Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən operativ müşavirədə səsləndirib.

Rusiya həm danışıqlara, həm də mövcud prosesə hazırdır

Putinin sözlərinə görə, Moskva münaqişənin diplomatik yolla həllinə açıqdır. Lakin eyni zamanda Rusiya tərəfi SVO-nun hazırkı dinamikasını — yəni hərbi əməliyyatların hədəflərə doğru irəliləyişini — öz məqsədlərinə uyğun hesab edir:

“Rusiya sülh danışıqlarına hazırdır, amma SVO-nun mövcud gedişi də bizi qane edir və hədəflərin hərbi yolla əldə olunmasına imkan verir”.

ABŞ-ın 28 maddəlik planı Moskvaya təqdim olunub

Putin təsdiqləyib ki, ABŞ administrasiyası Rusiyaya 28 bənddən ibarət sülh konsepsiyası təqdim edib. Prezident bildirib:

“Biz həmin planı aldıq. O, yekun sülh razılaşmasının bazası kimi nəzərdən keçirilə bilər. Lakin mətn bizimlə hələ predmet səviyyəsində müzakirə olunmur”.

Moskva hazır olduğunu təsdiqləyib

Rusiya lideri xatırladıb ki, Ankoricdə ABŞ-lə keçirilən sammitin əsas məqsədi Vaşinqtonun tələb etdiyi “əlavə elastiklik” göstəricilərinin Moskva tərəfindən təsdiqlənməsi idi:

“Alyaskadakı görüşün əsas mahiyyəti ondan ibarət idi ki, biz bütün çətin suallara baxmayaraq, ABŞ tərəfinin irəli sürdüyü təkliflər üzrə çevik davranmağa hazır olduğumuzu təsdiq etdik”.

Putin əlavə edib ki, Moskva diplomatik prosesə açıq olaraq qalır və hazırda Vaşinqtonla əlaqələr çoxsaylı texniki kanallar üzərindən davam edir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti