
"Son günlər yayılan məlumatlar Ukrayna hakimiyyətinin daxilində ciddi korrupsiya mexanizmlərinin mövcud olduğunu göstərir".
Bu barədə "TV Müsavat"ın canlı efirində hərbi-siyasi ekspert Elxan Nuriyev danışıb.
O, bildirib ki, Ukraynada iri məbləğlərin mənimsənilməsi, müdafiə sifarişlərində şişirdilmiş qiymətlər və Qərbdən gələn maliyyə yardımının “izsiz yoxa çıxması” ilə bağlı qalmaqal təkcə Ukraynada yox, ABŞ və Avropada da ciddi narahatlıq yaradıb. Ekspertin sözlərinə görə, Qərb artıq açıq şəkildə Kiyevdən hesabatlılıq tələb edir və bu, Zelenski administrasiyasına təzyiqləri artırır.
Onun sözlərinə görə, Qərb ölkələri Ukraynaya milyardlarla dollar ayırır və bu pulların hara xərcləndiyinə dair şəffaflıq tələb etməsi tam təbiidir. Zelenski hökumətinin korrupsiya ittihamlarını təmizləməsi üçün addımlar atması vacib sayılır:
“Əgər Zelenski korrupsiya qalmaqalını nəzarətə ala bilməsə, Qərbdə onun dəyişdirilməsi ilə bağlı müzakirələr daha açıq şəkildə gündəmə gələ bilər. Bu iddialar Ukraynada siyasi balansı dəyişəcək qədər güclüdür.”
Nuriyev həmçinin əlavə edib ki, bu qalmaqal Ukraynanın müdafiə qabiliyyətinə və davam edən müharibə strategiyasına da təsir göstərə bilər:
“Dövlət aparatında etimad azalırsa, müharibə aparmaq daha çətinləşir. Zelenski üçün əsas təhlükə budur.”
Ətraflı verilişdən təqdim etdiyimiz hissədə:
[video=]






Şərhlər