Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Şok qərar verildi - Bütün küçə pişikləri məhv ediləcək
Şok qərar verildi - Bütün küçə pişikləri məhv ediləcək

Yeni Zelandiya 2050-ci ilə qədər bütün küçə pişiklərini məhv etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti ölkənin təbiəti mühafizə naziri Tamu Potakaya istinadən məlumat yayıb.

Məlumata görə, küçə pişikləri hökumətin 2016-cı ildə qəbul edilmiş və Yeni Zelandiyanın unikal faunasına xüsusi ziyan vuran yırtıcıların məhv edilməsini tələb edən "Yırtıcısız 2050" proqramına daxil edilib.

Hazırda ölkədə avropalılar tərəfindən gətirilən ev pişiklərindən törəyən 2,5 milyondan çox küçə pişiyi var. Bəzi ərazilərdə onlar artıq məhv edilir, lakin gələn ilə qədər onların tamamilə məhv edilməsi üçün tədbirlər görüləcək.

Küçə pişiklərinin məhv edilməsi planları heyvan hüquqları fəalları tərəfindən ciddi tənqidlərə səbəb olub. Onlar hakimiyyəti həddindən artıq qəddarlıqda ittiham edirlər.

Şərhlər