
Qazaxıstan hökuməti 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin təhqiqatı ilə bağlı məlumat verəcək.
Reportyor.tv xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov brifinqdə məlumat verib.
Onun sözlərinə görə, araşdırmalar davam edir və 3 aydan sonra müvafiq komissiyaya təqdim edilən ilkin nəticələrə əsasən, daha dərin texniki ekspertiza aparılacaq. Kaliakparov qeyd edib ki, iş mürəkkəbdir və bir sıra hərtərəfli tədqiqatları əhatə edir. O vurğulayıb ki, araşdırma başa çatdıqdan sonra hesabat əvvəlki kimi tam şəkildə mediaya açıqlanacaq.
Nazir müavini istintaqı son dərəcə ciddi adlandırıb və əlavə edib ki, bu ilin sonuna qədər yeni məlumatlar təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 nəfər - 37 Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, altı Qazaxıstan vətəndaşı, üç Qırğızıstan vətəndaşı və beş ekipaj üzvü olub. 38 nəfər ölüb, üçü uşaq olmaqla 29 sərnişin sağ qalıb.
İlkin məlumatlara görə, fəlakətə səbəb Qroznı üzərində Rusiya hava məkanında təyyarəyə kənar müdaxilə olub.
Musavat.com






Şərhlər