Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Serbiya Prezidenti: "Bir çox ölkələr üçün dözülməz olacaq”
Serbiya Prezidenti: "Bir çox ölkələr üçün dözülməz olacaq”

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiyanın qazı rubla satmaq qərarının bir çox ölkələr üçün problemə çevrilə biləcəyini deyib.  
O qeyd edib ki, çoxları bu addımı geosiyasi qarşıdurma və dollara qarşı mübarizə baxımından parlaq hesab etsə də, Almaniyanın özü artıq belə bir qərarı müqavilənin pozulmasına səbəb adlandırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Prezident sözlərinə belə davam edib: “Ona görə də əmin deyiləm. Bütün bunlar bizə çoxlu yeni problemlər gətirir”.
Xatırladaq ki, martın 23-də Vladimir Putin bəyan edib ki, ölkə rəhbərliyi Rusiya qazının qeyri-dost ölkələrə ixracına görə ödənişləri rus rublu ilə həyata keçirmək qərarına gəlib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti