Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putindən ŞOK XƏBƏRDARLIQ: Əgər Kiyevə uzaqmənzilli raketlər verilsə...
Putindən ŞOK XƏBƏRDARLIQ: Əgər Kiyevə uzaqmənzilli raketlər verilsə...

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Kiyevə uzaqmənzilli raketlər verilərsə, Rusiya bundan nəticə çıxaracaq.
reportyor.tv xəbər verir ki, o, bu barədə “Rossiya -1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin efirində bildirib.
“O zaman raketlər lazımdır, bəli. Bəli, lakin onlar təmin edilərsə və veriləcəksə, biz bundan müvafiq nəticə çıxarıb, hələ vurmadığımız obyektlərə zərbə endirmək üçün əlimizdə olan kifayət qədər məhvedici vasitələrdən istifadə edəcəyik”, - Rusiya lideri qeyd edib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevə daha uzun mənzilli silahların tədarükü məsələsini müzakirə edib.
Həmçinin, ABŞ-ın Ukraynaya HIMARS çoxburaxılışlı raket sistemi (MLRS) tədarük edəcəyi də bildirilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti