Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Polyak nazir: “Ukrayna səfiri Kreml üçün faydalı axmaqdır”
Polyak nazir: “Ukrayna səfiri Kreml üçün faydalı axmaqdır”

Polşanın müdafiə naziri Mariuş Blaşak Ukraynanın Almaniyadakı səfiri Andrey Melniki “Kreml üçün faydalı axmaq” adlandırıb.
reportyor.tv xəbər verir ki, o, bu barədə Polşa radiosunun efirində Melnikin Stepan Bandera haqqında dediklərini şərh edərkən bildirib.
Blaşakın sözlərinə görə, Melnikin açıqlaması yolverilməz və qəbuledilməzdir.
“Maraqlıdır ki, o, Kremlin nə qədər faydalı axmağına çevrilib”, – polşalı nazir bildirib.
Bundan əvvəl İsrailin Berlindəki səfirliyi Ukraynanın Almaniyadakı səfirinin Bandera ilə bağlı açıqlamasını kəskin tənqid edib.
“Sputnik” radiosunun məlumatına görə, Melnik daha əvvəl alman jurnalist Tilo Yunqa müsahibəsində nasist əlaltısı Stepan Banderanı azadlıq döyüşçüsü və Robin Qud adlandırıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti