Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Avropanın küçələri zülmətə qərq oldu - SƏBƏB
Avropanın küçələri zülmətə qərq oldu - SƏBƏB

Yaxınlaşan enerji böhranı səbəbindən bütün Avropa şəhərlərindı gecələr işıqlar söndürülür.
reportyor.tv xəbər verir ki, bu parədə "Politico" yazır.
İspaniyasa bu cür tədbirlər məcburidir. Xüsusilə də dükanlara gecələr işıqların söndürməsi əmr edilib.
Berlində isə 200 tarixi binanı və abidəni işıqlandıran işıqforları söndürülür.
AvstriyaAlmaniya və İtaliyanın bir sıra qəsəbə və şəhərləri küçə işıqlandırmasını azaldıb və ya ticarət nişanlarını söndürüb.
Fransada Parisin şimalındakı Val d'Oise departamentindəki 14 kommuna gecələr ictimai işıqlandırmanı tamamilə söndürmək üçün tədbirlər görür. Yerli hakimiyyət orqanlarının hesablamalarına görə, küçə işıqlarının hər gecə üç saat yarım söndürülməsi enerji istehlakını təxminən dörddə bir azaltmağa kömək edəcək.
Şəhərlər Fransada gecələr ictimai işıqlandırmanı tamamilə və ya qismən söndürən təxminən 12,000 kommunaya qoşulur.
Bu tədbirlər həddindən artıq süni işığın insan sağlamlığına və ətraf mühitə zərər verdiyini iddia edən işıq çirklənməsinə qarşı fəallar və elm adamları tərəfindən dəstəklənir .

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti