
“Rusiya prezidenti Vladimir Putinin sağlamlığı milli təhlükəsizlik məsələsidir”.
Publika.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Putinin səhhəti dövlət təhlükəsizliyi məsələsidir, ona görə də, yaxın gələcəkdə onun mətbuatla ünsiyyəti pandemiyadan əvvəlki kimi olmayacaq”, - Kreml sözçüsü qeyd edib.
Bundan əvvəl dekabrın 13-də Putinin qripə qarşı peyvənd edildiyi bildirilirdi. Prezidentin sözlərinə görə, bir gün sonra o, həmişə olduğu kimi, idmanla məşğul olmağa davam edib və bütün həmkarlarına ondan nümunə götürməyi tövsiyə edib.






Şərhlər