Pandemiyanın arxasında hansı HƏQİQƏT və OYUNLAR dayanır? - Mütəxəssis RƏYLƏRİ
Tarix: 27-07-2020, 10:03
Baxılıb: 841
Google+ Paylaş
Tumblr Paylaş

Pandemiyanın arxasında hansı HƏQİQƏT və OYUNLAR dayanır? - Mütəxəssis RƏYLƏRİ

27-07-2020, 10:03

Rusiyanın Baş naziri Mixail Mişustin ölkəsində koronavirus infeksiyası ilə mübarizə aparan iki vaksinin klinik sınaqlarının nəticələrinin yekunlaşdığını söyləyib.
Биография Михаила Мишустина - РИА Новости, 15.01.2020
Dövlət Dumasında hökumətin fəaliyyətinə dair hesabat verən nazir bildirib ki, əldə edilən vaksinlərə Rusiyada və dünyada yüksək tələbat olacaq.
Baş nazir ümid edir ki, payızda Rusiya koronavirusa qarşı etibarlı peyvənd istehsalına başlayacaq, amma indi onun təhlükəsizliyinə əmin olmaq və istehsal sahələrini hazırlamaq lazımdır.
Rusiyanın Müdafiə nazirinin birinci müavini Ruslan Çalikovva “Arqument və faktlar” jurnalına verdiyi müsahibədə bildirib ki, mütəxəssislər test nəticələrinin son qiymətləndirmələrini yekunlaşdırıb. Bütün könüllülərdə koronavirusa qarşı immunitet qazanılıb, onlar artıq özlərini yaxşı hiss edirlər.
Российские военные вузы примут на учебу еще более 70 ...
Rusiyanın Müdafiə Nazirlyinin rəsmisinin bu açıqlaması onu deməyə imkan verir ki, yeni koronavirus infeksiyasına qarşı ilk yerli peyvənd hazırdır.
Ancaq Səhiyyə Nazirliyi tələsməməyi təklif edir. Səhiyyə nazirinin köməkçisi Aleksey Kuzneçovun qənaətincə, N.F.Gamaleya adına Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan peyvəndin klinik sınaqları hələ də davam edir, hazırda onlar ikinci mərhələyə qədəm qoyublar.
“Tamamlandıqdan sonra onun dövlət qeydiyyatı məsələsinə qərar veriləcək” , - Aleksey Kuzneçov qeyd edib.
Во Франции арестовали имущество экс-министра финансов Подмосковья ...
Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko da öz növbəsində “Rossiya-24” telekanalına verdiyi müsahibədə peyvəndin effektivliyi və təhlükəsizliyinin təsdiqləndiyini, lakin klinik sınaqları tamamlamağa hazırlaşmadıqlarını və müəyyən şərtlər altında satışa buraxılacağını söyləyib:
Человек из Коми: каким был путь Михаила Мурашко в кресло министра
“Sınaqlarda daha çox insanın iştirak etməsi bizə daha çox məlumatlar əldə etməyə imkan verir. Təcrübələrin nəticələrini izləmək və bu məlumatlar üzərində işləmək lazımdır. Bütün bunlar qeydiyyatdan sonrakı müşahidələr də daxil olmaqla, hazırladığımız və qarşıya qoyduğumuz əsas tələblərdir”.
Baş nazirin müavini Tatyana Qolikova isə Novosibirsk Vektor Elmi Mərkəzi tərəfindən hazırlanan vaksinin qeydiyyatı və istehsalına payızda başlanılacağına ümid edir.
“Sənədlər artıq klinik sınaqlar üçün təqdim edilib. Ümid edirəm ki, bu həftə icazə veriləcək və müvafiq olaraq sənədlərin qeydiyyata alınması və istehsal payızda başlayacaq” , - T.Qolikova bildirib.
Peyvənd sınaqlarından əldə edilən müsbət nəticələrə baxmayaraq, bir çox mütəxəssislər peyvənd hazırlığına və təhlükəsizliyinə şübhə ilə yanaşır. Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Sergiyev əmindir ki, effektiv və təhlükəsiz peyvəndi bu qədər tez almaq mümkün deyil.
Publika.az bu məqalədə oxucuları rus ekspertlərinin koronavirus pandemiyasının arxasında gizlənən həqiqətlər və peyvəndlər barəsində rəyləri ilə tanış edir.
Академик: Стратегическое прогнозирование может стать важнейшей ...
“Dünyanın heç bir yerində belə qısa müddətdə peyvənd inkişaf etdirmək təcrübəsi yoxdur. Soruşurlar ki, doktor, COVID-19 epidemiyası nə vaxt bitəcək? Şübhəsiz ki, birmənalı cavab vermək mümkün deyil. Çünki burda siyasi məsələlər var. Mənsə siyasətçi deyiləm, həkiməm...
COVID tibbi bəla yox, siyasi bir oyundur, odur ki, nə, necə və niyə suallarının cavabı məndə yoxdur...”
Həyatını vaksin və virusların öyrənilməsinə həsr edən rusiyalı professor, biologiya elmləri doktoru Nadejda Yuminova da Vladimir Sergievlə həmfikirdir:
“Təhlükəsizlik, immunogenlik və immunitetin qorunma müddəti vaksin üçün əsas göstəricidir. Bu işlə zarafat etmək olmaz, əvvəlki ilk nəsil peyvəndlər də təxminən 10 ilə hazırlanıb. Hətta xüsusi şəraitdə - Ebolaya qarşı peyvəndlər də 6 ildən sonra təqdim olundu. İndi fazalar qısaldılır və birləşdirilir. Bütün bunlar çox ciddidir. Heç kəsi qorxutmaq istəməzdim, amma təhlükə var. Kliniki sınaqların nəticələri əla olsa da, tələsik verilən əvvəlki qərarlar göstərdi ki, bu cür peyvəndlər gələcəkdə bir çox fəsadlar yarada bilir”.

Düşünürəm ki, seçimlər çoxdur. Dəstəklədiyim iki peyvənd var. İllərdir peyvənd etdiyimiz ilk nəsil peyvəndlər - canlı və hərəkətsiz peyvəndlərdir, ikinci nəsil bölünmüş vaksinlərdir. Bunlar olsaydı, yəqin ki, daha sakit qarşılayardım. Növbəti nəsil – plazmid, DNA, RNA, vektor, adenovirusa əsaslanan vektor adlandırılan peyvəndlərdir.
Mənə elə gəlir ki, bu, əhalinin milli təhlükəsizliyi məsələsidir, mütəxəssislər həqiqətən narahatdır. Peyvənd olunan və gələcəkdə ciddi problemlərlə üzləşən xəstələrimiz olub. Bu, çox acınacaqlıdır - şiddətli immunoloji reaksiya və ciddi ağırlaşmalar meydana gəlib. İstərdim ki, hər şey açıq olsun, bütün məlumatlar insanlara göstərilsin. Beş aydır ki, KİV-in güclü təzyiqi ilə üz-üzə qalmışıq.
Yeni növ koronavirus hüceyrələri min dəfə daha aktiv şəkildə yoluxdurur. Bu, çox ciddi koronavirus infeksiyası və ciddi peyvənddir. Bu, milyonlarla insanın peyvənd edildiyi ilk, ikinci və üçüncü nəsil peyvənd deyil, yeni növ peyvənddir. Tanıdığım müəllifləri daha çox araşdırma aparmağa səsləyirəm”.
Professor daha sonra qrip peyvəndi olanların virusu daha asan keçirməsi ilə bağlı iddialarına cavab verib:

“Bunu təsdiqləmək üçün xüsusi araşdırma aparmaq lazımdır. Mümkün olmayan şeylər deyirlər. Elmi və peşə təcrübəm göstərir ki, bu, ola bilməz. Mən nadir hallarda teledebatlara baxıram, amma virusoloqların, yoluxucu xəstəliklər üzrə mütəxəssislərin və bütün ixtisas həkimlərinin çıxışlarını izləyirəm.
Həqiqətən qrip hər il olur. Qrip peyvəndinin təsiri ən azı bir il yarım davam edir. Yenidən qrip olmaq üçün bir il yarımdan iki ilədək vaxt lazımdır. İmmun vəziyyət hər kəsdə fərqlidir, reaksiyalar yaşa, yoluxucu xəstəliklərə görə fərqlidir. Qripə qarşı belə bir fikir formalaşıb ki, bir insan həyatında ilk dəfə qrip olarsa, müəyyən bir gərginliyə qədər inkişaf etmiş immunitet qazanılır. Və bu immunitet hətta mutasiya və ya rekombinasiya baş verərsə belə yenə də xəstəyə kömək edəcək.
Bütün virusoloqlar immunitetin koronavirusa qarşı davamlı olmadığını yaxşı bilirlər: əgər xəstə olmusunuzsa, bu, o demək deyil ki, bir daha xəstələnməyəcəksiniz. Üstəlik, dövriyyədə insan koronavirusunun 7 ştammı var. Üçü xüsusilə ciddidir, kifayət qədər yoluxucu və yüksək patogendir. Bu vəziyyətdə yüngül təngənəfəslikdən ağır atipik pnevmoniyaya qədər ola bilər. Bu, onsuz da çox təhlükəlidir - yaşa, immun sisteminə, xroniki xəstəliklərə və mövsümə bağlıdır. Yay mövsümündə respirator xəstəliklər daha yüngül keçir. Payızda iqlimi nəzərə alsaq, vəziyyət dəyişə bilər”.
Mütəxəssis sonda koronavirus testlərinin effektivliyindən söz açıb: “PZR (Polimeraz zəncir reaksiyası) mənə elə gəlir ki, pul tələsidir. Bahalı analizin bir çox səhv, müsbət və mənfi nəticələri ola bilər. Onların tamamilə etibarlı olmadığı artıq sübut edilib.
İmmunoferment analizi (fermentlə əlaqəli immunosorbent təhlili - red.) insanın immunitetinin, qoruyucu titrlərin olub-olmadığını dəqiq şəkildə göstərən yaxşı bir üsuldur. Ən başlıcası zərərsizləşdirən antikorların meydana gəlməsidir. Yaxşı test sistemi var, ən başlıcası diaqnostika laboratoriyasının akkreditə olunması və immun vəziyyətə baxan test sistemlərinin sertifikatlaşdırılmasıdır”.
Xatırladaq ki, Honq-Konq Politexnik Universitetinin tədqiqatçısı Viktor Kan peyvəndlənməni xəstəliyin müalicəsi deyil, infeksiyadan qorunmaq üçün zəmanət adlandırmışdı. Kanın fikrincə, əczaçılıq biznesi “daha çox xəstəlik = daha çox pul deməkdir” fikri üzərində qurulub, odur ki, xarici şirkətlərin planlarına xəstəliyin müalicəsinin sürətlə tapılması daxil edilə bilməz.
Aytən Məftun


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ