Polşa Almaniyanı HƏDƏLƏDİ: Buna razılıq verməsə...
Tarix: 23-01-2023, 15:09
Baxılıb: 126
Google+ Paylaş
Tumblr Paylaş

Polşa Almaniyanı HƏDƏLƏDİ: Buna razılıq verməsə...

23-01-2023, 15:09

“Almaniya Ukraynaya “Leopard” tanklarının tədarükünə razılıq verməsə, beynəlxalq təcrid vəziyyətinə düşəcək”.
Publika.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik Polşa radiosuna bildirib.
Almaniya xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynaya Almaniya istehsalı olan tankların tədarükü ilə bağlı ölkələrin müraciətlərinə müsbət cavab verməyə hazırdır.
Mulyarçikin sözlərinə görə, Berlinin bu yeni bəyanatı Mərkəzi və Şərqi Avropa ölkələri, Böyük Britaniya və ABŞ-ın təzyiqlərinin öz təsirini göstərdiyini nümayiş etdirdi: “Başa düşmək lazımdır ki, Almaniya Ukraynaya tank göndərməyə razılıq verməyərək özünü beynəlxalq təcrid vəziyyətinə salır. Əgər onlar bu mövqeyə sadiq qalacaqlarsa, o zaman onların mövqeləri son dərəcə zəif olacaq”.
Nazir müavini izah edib ki, “təkcə Ukraynada qələbə ilə bağlı deyil, həm də Amerikanın Avropadakı nüfuzu ilə bağlı böyük oyun gedir. Almanlar və fransızlar bunu yaxşı başa düşürlər”.
Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Polsat telekanalına müsahibəsində bildirib ki, Polşa Almaniyanın razılığını gözləmədən öz “Leopard” tanklarını Ukraynaya göndərə bilər. Onun sözlərinə görə, Varşava Kiyevi tanklarla təmin etmək üçün Almaniyanın iştirakı olmadan kiçik ölkələrin koalisiyasını yaratmağa hazırdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ