Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putin vəliəhd şahzadə ilə müzakirə apardı
Putin vəliəhd şahzadə ilə müzakirə apardı

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud ilə telefon danışığı aparıb.
reportyor.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı OPEC+ çərçivəsində qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi və enerji sahələrində əməkdaşlıq mövzularına toxunulub.
“Siyasi, ticarət-iqtisadi və enerji sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də qlobal neft bazarının sabitliyini təmin etmək üçün OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib”, - məlumatda deyilir.
Oktyabrda Vladimir Putin bildirib ki, Rusiya Səudiyyə Ərəbistanının BRİKS-ə mümkün daxil olmasını dəstəkləyir.

Şərhlər