Putinlə bin Salman arasında telefon savaşı - liderlər bir-birinə bağırıblar
Tarix: 24-04-2020, 17:35
Baxılıb: 1 056
Google+ Paylaş
Tumblr Paylaş

Putinlə bin Salman arasında telefon savaşı - liderlər bir-birinə bağırıblar

24-04-2020, 17:35

Ötən ay keçirilən OPEK sammiti öncəsi Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında sərt telefon danışığının olduğu iddia edilib.
Avropa.info xəbər verir ki, bu haqda mərkəzi ofisi Londonda yerləşən və Yaxın Şərq ilə bağlı sensasiyalı xəbərləri ilə tanınan "Middle East Eye" saytı məlumat yayıb.
Məlumata görə, 6 martda keçirilən və münaqişə ilə bitən OPEK sammiti öncəsi Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında qarşıdurma yaşanıb.
Saytın yazdığına görə, Səudiyyə Ərəbistanının neftin hasilatında fasilə məsələsində Rusiyanın razılığını ala bilmədiyi tarixi zirvə öncəsində baş tutan telefon danışığında Məhəmməd bin Salman Putini təhdid edib. İddiaya görə, şahzadə Məhəmməd bin Salman aqressiv tonda Putinə "razılaşma olmazsa, qiymət savaşı başladacağıq" deyib.
Saytın yazdığına görə, Putin ultimatumu eyni sərtliklə rədd edib və gərgin telefon görüşməsi münaqişə ilə bitib. Xəbərdə iki tərəfin də bir-birinə bağırdığı və telefon danışığının son dərəcə sərt keçdiyi qeyd olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ