Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Almaniya Ukraynaya 160-a qədər "Leopard 1" tankı verə bilər
Almaniya Ukraynaya 160-a qədər "Leopard 1" tankı verə bilər

Ukrayna Almaniyanın sənaye anbarlarından 160-a qədər "Leopard 1" əsas döyüş tankı ala bilər. "Rheinmetall" və "FFG" tankların böyük bir hissəsini təmir edə bilər.
Bu barədə reportyor.tv "Handelsblatt"a istinadla xəbər verir.
İstehsalçı "Flensburger Fahrzeugbau" (FFG) onun ixtiyarında 99 "Leopard 1" tankının, "Rheinmetall"ın isə modelin daha 88 əsas döyüş tankının olduğunu bildirir. Bu model tank Ukraynanın artıq Almaniyadan alacağı 14 ədəd "Leopard 2"nin sələfidir.
"Leopard" tanklarının çatdırılması ilə Ukrayna ordusunun gücü xeyli artacaq. Lakin FFG və "Rheinmetall"ın döyüş maşınlarının nə vaxt tam təchiz ediləcəyi hələlik məlum deyil. Zavoddan verilən məlumata görə, onların bəzilərinin vəziyyəti qənaətbəxş deyil. Onlarda olan komponentlər digər "Leopard" tanklarını təkmilləşdirmək üçün istifadə edilə bilər.

Şərhlər