Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Gürcüstanda ara qarışır: Saakaşvilinin partiyası parlamentdəki fəaliyyətini dayandırır
Gürcüstanda ara qarışır: Saakaşvilinin partiyası parlamentdəki fəaliyyətini dayandırır

Saakaşvilinin partiyası parlamentdəki fəaliyyətini dayandırır və etirazlara başlayır.
Publika.az xəbər verir ki, Gürcüstanın müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (UNM) parlamentdəki fəaliyyətini dayandırıb və fövqəladə rejimə keçib. Bu barədə UNM-in yeni sədri Levan Xabeişvili brifinqdə bildirib.
Xabeişvili Tbilisi məhkəməsinin Mixail Saakaşvilini həbsdə saxlaması qərarından sonra hakim partiyaya müraciət edərək, "Sizin qayğısız həyatınız bitdi" deyib.
Xabeişvili bildirib ki, Tbilisi etirazın mərkəzinə çevriləcək və sabah paytaxtda partiyanın regionlardan olan nümayəndələrini tədbirlər planı hazırlamaq üçün gözlədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, yanvarın sonunda keçirilən partiyadaxili seçkilər nəticəsində Levan Xabeişvili UNM-nin sədri seçilib.

Şərhlər