İran Azərbaycanda bacarmadığını Borçalıda edir - Tehranın xəbis planı
Tarix: 22-11-2022, 08:33
Baxılıb: 195
Google+ Paylaş
Tumblr Paylaş

İran Azərbaycanda bacarmadığını Borçalıda edir - Tehranın xəbis planı

22-11-2022, 08:33

Arzu Nağıyev: “İran məzhəb ayrılığı yaratmaq üçün ciddi addımlar atır”

Ceyhun Məmmədov: “Dini inanclarından istifadə edilərək istismar olunanlar ayılmalıdırlar”

“Azərbaycanda İran təbliğatının, tərəfdar qruplarının və casus şəbəkəsinin fəaliyyəti getdikcə məhdudlaşdırılarkən qonşu Gürcüstanda vəziyyət fərqlidir”. Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Gürcüstan hakimiyyəti İranın dini təbliğatına sanki loyal yanaşır, bunun qarşısını almaq üçün gərəkli addımlar atmır: “İranın müxtəlif fondları Gürcüstanda rahat fəaliyyət göstərir və azərbaycanlılar arasında təbliğatı gücləndirmək imkanına malikdirlər. İranın siyasi və dini dairələri Azərbaycanda edə bilmədiklərini Gürcüstanda həyata keçirməyə çalışırlar. Gürcüstan hakimiyyəti ya təhlükənin miqyasını anlamır, ya da ölkə müsəlmanları arasında məzhəb qarşıdurmasını gücləndirməklə proseslərə daha rahat nəzarət edəcəyini düşünür”.
Ekspertlər bildirirlər ki, Gürcüstanda azərbaycanlılar arasında ayrı-seçkilik olmasını istəyənlər var. Bu halda onları idarə etmək asandır. Buna baxmayaraq, İranın Gürcüstanda ideoloji baxımdan fəallaşmasının Azərbaycana təhlükə yaratmaması üçün müvafiq işlər görülür.
Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təhlükəli tendensiyanın qarşısını almaq üçün parlamentlərin işçi qrupları səviyyəsində ciddi işlər görülür:
1637392070833519204_1200x630 (1).jpg (245 KB)
“Gürcüstanda dini təbliğat aparılır. İran şiəliyi təbliğ etməklə məzhəb ayrılığı yaratmaq üçün ciddi addımlar atır. Təəssüf ki, bir müddət öncə orada fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəliyə qarşı təzyiqlər olmuşdu. Bu istiqamətdə müəyyən çətinliklər var. Azərbaycanın Gürcüstanda səfirliyi bunun qarşısını almaq üçün ciddi addımlar atır. Məsələnin ciddiyyətini nəzərə alaraq ölkə rəhbərliyi ilə mütəmadi əlaqə yaradılır. Xüsusi xidmət orqanlarının əsas məqsədi təbliğatda iştirak edənləri idarə etməkdir. Birmənalı şəkildə demək olmaz ki, Gürcüstan rəhbərliyi siyasi maraqlar üçün təbliğat aparır. Müəyyən qruplar var ki, bu istiqamətdə çalışırlar. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin, eləcə də Təhsil Nazirliyinin Gürcüstanda keçirdiyi görüşlər bu və ya digər şəkildə bu məsələlərin həllinin müsbət istiqamətə yönəlməsinə ciddi təsir göstərir. QMİ rəhbərliyinin Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə görüşündə bu məsələlərə də toxunulub.
Qeyd etmək yerinə düşər ki, ötən il Zəfər bayramında Gürcüstana səfər etdik, azərbaycanlı icması ilə görüşdük. 44 günlük Vətən müharibəsində 26 Gürcüstan əsilli azərbaycanlı şəhid olub. Şəhid ailələri ilə görüşlərimiz oldu. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə məzhəb və dini baxışlarından asılı olmayaraq 650 nəfərlik tədbir keçirildi”.
Millət vəkili Ceyhun Məmmədov qeyd etdi ki, İran Gürcüstanda fəaliyyət göstərən azərbaycanlılar arasında çox sıx iş aparır:
16558058174115444207_1000x669.jpg (222 KB)
“Ayrı-ayrı şəxsləri, dini qurumları İran maliyyələşdirir. İllər əvvəl Gürcüstan Müsəlmanları İdarəsi QMİ-ə tabe idi. Daha sonra isə İranın birbaşa iştirakı ilə müstəqil idarə yaradıldı. Bu da Azərbaycanla Gürcüstandakı azərbaycanlıların birgə fəaliyyətinə mənfi təsir göstərdi. Bu gün İranın Gürcüstanda bir sıra mərkəzləri, emissarları sərbəst fəaliyyət göstərirlər. Zaman-zaman Azərbaycan da bu məsələyə münasibət bildirəndə bəzi şəxslər narazılıqlar bildirirlər. İran Gürcüstanda yaşayan azərbaycanlılar arasında Azərbaycan əleyhinə ciddi təbliğat aparır. Bunun üçün xüsusi bir müşahidəyə ehtiyac yoxdur. Bir neçə il öncə bu sahəyə nəzarət gücləndirildikdən sonra İran əsas diqqətini Gürcüstana yönəltdi. İran təkcə, Gürcüstanda deyil, Rusiyada yaşayan azərbaycanlılarla da Azərbaycan əleyhinə ciddi iş aparır. Burada söhbət şiəliyə qarşı hər hansı münasibətdən getmir. İran şiəlik, Əhli-beyt, İmam Hüseynə sevgi pərdəsi altında Gürcüstanda və Rusiyada Azərbaycan əleyhinə böyük şəbəkə qurub. Guya Azərbaycanda şiələr sıxışdırılır, Əhli-beytin hüquqları pozulur və s. Əsas məqsəd İrançılığı gücləndirmək, İranın təsir imkanlarını artırmaqdır”.
C.Məmmədov bir neçə gün öncə İranın rəsmi şəxslərinin Azərbaycana “sevgi”sini bildirən bəyanatla bağlı da şərh verdi:
“Biz belə bəyanatları dəfələrlə eşitmişik. Hamısı saxta, yalan bəyanatlardır. Sözdə Azərbaycana qarşı xoş münasibət tərəfdarı olduqlarını göstərsələr də, əməldə dövlətimizin əleyhinə güclü təbliğat aparırlar. Onlar bizim sadəlövh olduğumuzu düşünməməlidirlər. İranın gözünün nuru Ermənistandır. Belə olmasa idi, məscidlərimizin dağıdılmasına göz yummazdılar, məscidlərimizdə donuz saxlanmasına laqeyd qalmazdılar, İrəvan və Şuşada məscidlərimizin saxtalaşdırılmasında iştirak etməzdilər. Saxta bəyanatların əsas məqsədi zəhərli ideoloji təbliğatın əhatə dairəsini genişləndirməkdir. Fürsətdən istifadə edərək vətəndaşlarımıza müraciət edirəm! Ölkəmizdə heç kim şiəliyin, Əhli-beytin əleyhinə deyil. Dini inanclarından istifadə edilərək istismar olunanlar ayılmalıdırlar. Gözüaçıq, diqqətli olmaq lazımdır. Azərbaycanda dini ənənələr kifayət qədər güclüdür. Biz dövlətçiliyi hər şeydən üstün tutmalıyıq. Dövlət dəyərlərimizə həssaslıq və diqqətlə yanaşmalıyıq. Hər bir məsələdə dövlət marağını üstün tutmalıyıq”.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ