
Bali qubernatoru Vayan Koster xarici turistlər üçün kvota tətbiq etməyə hazır olduğunu açıqlayıb.
reportyor.tv xəbər verir ki, onun sözlərinə görə, artıq adada kütləvi turizm müsbət qarşılanmayacaq və turistlərin sayı məhdudlaşdırılacaq.
Bali qubernatoru deyib ki, mümkün kvota sistemi əcnəbilərin adaya getməzdən bir il əvvəl qeydiyyatdan keçmələrini və növbədə gözləmələrini tələb edir.
"Tətbiq etmək istədiyimiz sistem budur" - Koster deyib.
Bali qubernatoru xarici turistlərin davranışını kvotaların tətbiqinin əsas səbəbi adlandırıb. Onun sözlərinə görə, turistlər, əsasən də, Rusiyadan gələnlər eyri-adi davranış sərgiləyir, tərbiyəsizlik və xuliqanlıq edirlər.






Şərhlər