Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Latın Amerikası kokaini, Türkiyə nömrəli maşın, Belarus sərhədi - FSB əməliyyt keçirdi - Video
Latın Amerikası kokaini, Türkiyə nömrəli maşın, Belarus sərhədi - FSB əməliyyt keçirdi - Video

İki yük maşınında olan 492 kiloqram Latın Amerikası kokaini Belarusla sərhəddə, Smolensk vilayətində saxlanılıb,
reportyor.tv xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
"FSB Latın Amerikası kokaininin idxalına yeni cəhdin qarşısını alıb. Polşaya göndərilən daha bir kokain partiyası Smolensk vilayətində Rusiya-Belarus sərhədində ələ keçirilib", - məlumatda deyilir.
Qeyd olunur ki, Türkiyə nömrəli yük maşınına baxış zamanı 116 bağlama narkotik maddə olan anbar aşkar edilib.
FSB, kokain partiyası olan başqa bir avtomobilin oxşar marşrutla getdiyini öyrənə bilib. Maşın saxlanılıb və anbarda daha 373 paket narkotik tapılıb.
İki yük maşınında ələ keçirilən kokainin ümumi çəkisi 492 kiloqram olub.
Aydan

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti