
Ukraynanın 20 dronu Krım yarımadasına hücum edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 20 drondan 14-ü hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, 6-sı radioelektron mübarizə sistemi tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində tələfat və dağıntıların olmadığı vurğulanıb.
Xatırladaq ki, daha öncə sosial şəbəkənin Rusiya seqmentində işğal altındakı yarımadada dronların uçduğuna, partlayış səslərinə dair videolar yayılmışdı.






Şərhlər