
Ağdamdan Xankəndi istiqamətinə gedən yola işıq çəkilir.
reportyor.tv report-a istinadən xəbər verir ki, hazırda Azərişıq ASC-nin əməkdaşları tərəfindən yolun işıqlandırılması üçün yeni dayaqlar basdırılır, hava xətləri çəkilir.
İşlər yekunlaşdıqdan sonra Ağdam-Xankəndi yolu dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
xxx
Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.
Hazırda uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi işi başa çatıb.
110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə qədər çəkilib.
Şərhlər